📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

2026-10-21 21:12:36

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.

Hurriyyet.net  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

***

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiqlənib.

***

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib.

Qeyd edək ki, hər üç saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.