📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzada xəsarət alan gənc öldü

2026-10-27 22:11:01

Qəzada xəsarət alan gənc öldü

Ötən gün Nefçala rayonunda ağır yol qəzasında xəsarət alan gənc ölüb.

Hurriyyet.net  xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli müalicə aldığı rayon xəstəxanasında bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.