📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda TIR yanıb

2026-10-24 10:39:27

Qazaxda TIR yanıb

Qazaxda yanğın hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü N.Mehdiyev idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olan zaman avtomobil anidən alışıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yük avtomobilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.