📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qaradağ" GES 3 ildə nə qədər elektrik enerjisi istehsal edib? - RƏQƏMLƏR

2026-10-26 16:14:33

İstismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək "Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) 1 milyard 488 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

Hurriyyet.net  xəbər verir ki,  bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 550 hektar ərazini əhatə edən Qaradağ GES-də 570 min günəş paneli quraşdırılıb.

Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olan stansiya ölkəmizdə yaşıl enerji keçidinə və elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artmasına mühüm töhfə verir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 26-da "Qaradağ" GES işə salınıb. Stansiyanın gücü 230 MVt təşkil edir.