📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda milli adət-ənənələr də bərpa olunur - nazir müavini

2026-11-13 17:01:03

Qarabağda milli adət-ənənələr də bərpa olunur - nazir müavini

İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni və dini abidələrlə yanaşı, milli adət-ənənələrin bərpası istiqamətində də işlər görülür.

Modern.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda keçirilən ictimai dinləməsində bildirib.

Nazir müavini qeyd edib ki, 2020-ci il Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra həmin ərazilərdə aparılan bərpa işləri Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsini formalaşdırır.

Onun sözlərinə görə, görülən işlər barədə Mədəniyyətlərarası Dialoq üzrə VI Bakı Qlobal Forumunun iştirakçılarına da məlumat verilib.