📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qara dənizdə azərbaycanlıların olduğu gəmi vuruldu: Ölən və itkin düşənlər var - VİDEO

2026-10-23 21:21:58

Qara dənizdə azərbaycanlıların olduğu gəmi vuruldu: Ölən və itkin düşənlər var - VİDEO

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması nəticəsində bir nəfər həyatını itirib.

Hurriyyet.net  Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı "Realitatea Plus" telekanalı yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə qəza siqnalı daxil olub. Gəminin göyərtəsində ümumilikdə 13 nəfər - 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.

Hazırkı vaxtadək sudan doqquz nəfəri sağ çıxarmaq mümkün olub, bir nəfərin isə öldüyü bildirilir.

Əlverişsiz hava şəraiti axtarış-xilasetmə tədbirlərinin gedişatını çətinləşdirsə də, əməliyyatlar davam etdirilir. Gəminin hansı səbəbdən zədələndiyi hələlik məlum deyil. Onun neft məhsulları daşıya biləcəyi ehtimal olunur.