Putinlə görüşmək üçün Sankt-Peterburqa gedəcəklər
ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçacaqlar.
Hurriyyet.net “The New York Times” (NYT) nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat etibarlı mənbələrdən daxil olub.
“Uitkoff və Kuşner Putinlə öz doğma şəhərində görüşmək üçün Sankt-Peterburqa yola düşəcəklər”, – deyə məlumatda bildirilir.
Nəşrin bildirdiyinə görə, Amerika liderinin nümayəndələri uzun müddətdir Rusiyada saxlanıldığı iddia edilən ABŞ vətəndaşının azad edilməsinə nail olmağı planlaşdırırlar. Həmin şəxsin kimliyi və adı isə hələlik açıqlanmır.
Məlumat üçün bildirək ki, bundan əvvəl Stiv Uitkoff Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Danışıqlara, həmçinin Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulublar.