📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putindən sonra Zelenskiyə zəng etdilər

2026-10-27 19:38:05

Putindən sonra Zelenskiyə zəng etdilər

Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə Aleksander Stubb “X” sosial şəbəkə hesabında məlumat yayıb. 

Avropa liderləri Zelenski ilə söhbət zamanı daha əvvəl Rusiya lideri Vladimir Putinlə baş tutmuş telefon danışığını müzakirə ediblər. 

“Zelenski ilə çox yaxşı söhbət apardıq. Biz prezident Putinlə daha əvvəl baş tutan telefon danışığını müzakirə etdik”, - paylaşımda deyilir. 

Xatırladaq ki, daha əvvəl Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.