📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin İrəvanın SƏSİNİ aldı, QAZINI isə bahalaşdıra bilər

2026-11-13 16:25:12

Putin İrəvanın SƏSİNİ aldı, QAZINI isə bahalaşdıra bilər

Xəbər verildiyi kimi, Rusiya və Ermənistan arasında münasibətlərdə yaranmış gərginlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni qarşıdurma mərhələsinə keçib. Moskva İrəvanın təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək Ermənistanın qurum daxilindəki səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində qərar qəbul edib. Bu addım Ermənistanın son dövrlər KTMT ilə münasibətlərini dondurması və təşkilatın fəaliyyətində iştirakdan faktiki uzaqlaşması fonunda xüsusi diqqət çəkir. Bununla yanaşı, İrəvan təşkilatın yüksək vəzifələrinə öz nümayəndələrini irəli sürmək imkanını da itirib. Göründüyü kimi, Ermənistan KTMT-də üzvlüyünü formal olaraq davam etdirsə də, təşkilatın qərarlarının qəbulunda və rəhbər strukturlarının formalaşdırılmasında iştirak imkanları ciddi şəkildə məhdudlaşdırılıb.

Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi ölkənin təşkilatdan tamamilə uzaqlaşdırılmasına hazırlıqdır?

Rusiya Gürcüstanda olduğu kimi, istədiyi şəkildə davrana bilməyəcək” - Məhəmməd  Əsədullazadə | Hafta.az

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-da Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitinə dəvət edilməməsini xüsusi qabartmağı vacib sayır: “Göründüyü kimi, artıq KTMT daxilində də Ermənistanın təşkilatın fəaliyyətində iştirakını dayandırması və üzvlük haqqını ödəməməsi məsələsi diqqət mərkəzindədir. Düşünürəm ki, Ermənistan növbəti mərhələdə Azərbaycanla yekun sülh müqaviləsi imzaladıqdan sonra de-yure KTMT-dən də çıxa bilər. Artıq Ermənistanla Rusiya arasında siyasi konfrontasiya getdikcə dərinləşir. Bu qarşıdurma növbəti mərhələdə Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiqlərini artırmasına, xüsusilə də Ermənistana satılan təbii qazın qiymətinin qaldırılmasına gətirib çıxara bilər. Eyni zamanda, Rusiya Avrasiya İqtisadi İttifaqı çərçivəsində də Ermənistana qarşı müəyyən hüquqi və iqtisadi mexanizmlərdən istifadə edə, ölkəni gömrük güzəştləri və digər iqtisadi imtiyazlardan məhrum etməyə çalışa bilər. Lakin baş nazir Nikol Paşinyan bu təzyiqlərdən ciddi narahatlıq keçirmədiyini nümayiş etdirir. Məhz hazırda Moskvada Ermənistanın iştirakı olmadan KTMT çərçivəsində qərarların qəbul edildiyi bir vaxtda Paşinyan özünün beynəlxalq siyasi təmaslarını davam etdirir və Avropadakı siyasi platformalarda iştirak edir. Görünən odur ki, Moskvada baş verənlər onun siyasi gündəliyində prioritet təşkil etmir”.

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir... - Baki-Xeber.com

Politoloq hesab edir ki, Ermənistan baş nazirinin əsas məqsədi ölkəni Rusiyanın siyasi və iqtisadi təsirindən mümkün qədər uzaqlaşdırmaqdır: “Bu istiqamətdə Paşinyan təkcə siyasi hakimiyyət daxilində deyil, müxalifət və dövlətin hərbi strukturları üzərində də Rusiyanın təsir imkanlarını azaltmağa çalışır. Eyni zamanda, ölkə daxilində Rusiyaya qarşı daha müstəqil mövqe nümayiş etdirən siyasi qüvvələrin güclənməsi də bu prosesin tərkib hissəsi ola bilər. Görünən budur ki, Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istiqamətində ardıcıl siyasət yürüdür. Halbuki Ermənistan uzun illər Cənubi Qafqazda Rusiyanın əsas siyasi və hərbi dayaqlarından biri olub. İndi isə Moskva regiondakı ənənəvi müttəfiqini tədricən itirmək təhlükəsi ilə üz-üzədir. Bu prosesin davam etməsi Ermənistan-Rusiya münasibətlərində daha ciddi siyasi və iqtisadi gərginliklər yarada bilər”.