📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prokurorluğa qəbul imtahanının tarixi dəyişdirilib

2026-11-13 21:09:08

Prokurorluğa qəbul imtahanının tarixi dəyişdirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin noyabrın 19-na nəzərdə tutulan yazılı imtahanı noyabrın 23-nə keçirilib.

Modern.az Baş Prokurorluğun məlumatına istinadən xəbər verir ki, imtahanda müsabiqənin test mərhələsini uğurla keçən namizədlər iştirak edəcəklər.

İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda başlayacaq və dörd saat davam edəcək. İmtahan binası Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5 ünvanında yerləşir.

Namizədlər buraxılış rejiminin təmin edilməsi üçün saat 09:00-dək binanın qarşısında olmalı, yazılı imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

Buraxılış vərəqəsi və “Yaddaş kitabçası” Baş Prokurorluğun müvafiq internet səhifəsindəki şəxsi kabinetdən əldə edilərək çap olunmalıdır.

Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlamaq mümkündür.