Professor Arif Əfəndiyev vəfat etdi
2026-10-31 10:47:49
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.
Hurriyyet.net oxu.az-a istinadla xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib.
Xatırladaq ki, A.Əfəndiyev 1987-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib.
O, Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvü olub.