📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin təltif etdiyi ilk qadın reportyorumuz - VİDEO

2026-11-06 11:07:24

Prezidentin təltif etdiyi ilk qadın reportyorumuz - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib.

Hurriyyet.net  xəbər verir ki, onlardan biri də Azərbaycan radiosunun tarixinə ilk qadın redaktor və ilk qadın reportyor kimi düşən Məryəm Zöhrabovadır (Zöhrabbəyova). O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. 

Məryəm Zöhrabova 1930-cu ildə Şuşanın tanınmış Zöhrabəyovlar nəslində, tacir Abbasqulu bəyin ailəsində dünyaya gəlib. Sovet hakimiyyəti illərində ailəsi məcburi köçə məruz qalaraq Bakıya yerləşib və soyadlarındakı “bəy” hissəsini dəyişmək məcburiyyətində qalıb.

Məryəm Zöhrabovanın illər əvvəl AzTV-də yayımlanmış videoreportajını təqdim edirik: