📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

2026-11-05 11:51:46

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın  vəziyyəti açıqlanıb. 

Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub. 

Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, S. Həşimovanın 77 yaşı var.