📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pilot olmaq istəyənlərə şad xəbər – Təlim təyyarələrinin sayı 10-a çatdırılır

2026-11-12 20:18:36

Pilot olmaq istəyənlərə şad xəbər – Təlim təyyarələrinin sayı 10-a çatdırılır

"Azərbaycanda pilotların təlim uçuşları üçün istifadə olunan "Cessna 172 Skyhawk" tipli hava gəmilərinin sayının artırılması planlaşdırılır.

Hurriyyet.net  bildirir ki, bu barədı "ASG Helicopter Services" MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov jurnalistlərə açıqlamasında bildirib.

Vələd Vələdov qeyd edib ki, hazırda şirkətin texniki xidmət göstərdiyi bu tipdən 5 hava gəmisi mövcuddur: "Gələcəkdə daha 5 hava gəmisinin alınması və ümumi sayın 10-a çatdırılması nəzərdə tutulur. Bu hava gəmiləri Amerika istehsalıdır və Almaniya istehsalı olan mühərriklərlə təchiz edilib. Mühərriklərin xüsusiyyəti ondan ibarətdir ki, onlar həm dizel yanacağı, həm də aviasiya yanacağı ilə işləyə bilir. Hava gəmiləri əsasən Aciasiya Təlim Mərkəzində (ATM) pilotların təlim uçuşları üçün nəzərdə tutulub".

Vələd Vələdov həmçinin bildirib ki, ASG Helicopter Services" MMC hava gəmilərinə baza və operativ texniki xidmət göstərir:

"Şirkətin fəaliyyətinə hava gəmilərinin texniki xidmət proqramına əsasən yoxlama işləri, mühərriklərin çıxarılması və quraşdırılnası, hava gəmilərinin hissələrin dəyişilməsi, qanadların sökülməsi və quraşdırılması işləri daxildir".