“Perihan” son görünüşü ilə sevənlərini üzdü - Foto
2026-11-05 21:39:26
Türkiyənin məşhur “Sihirli Annem” serialındakı “Perihan” rolu ilə yaddaşlarda qalan təcrübəli aktrisa Gül Onat mədəaltı vəzi xərçənginə qarşı mübarizəsini davam etdirir.
Hurriyyet.net xəbər verir ki, ilk dəfə 2023-cü ildə üzə çıxan xəstəliyin bağırsaqlara yayıldığını və ciddi cərrahi əməliyyatlara ehtiyac yaratdığını açıqlayan 73 yaşlı aktrisa yenidən pərəstişkarlarının qarşısına çıxıb.
Kimyaterapiya müalicəsi zamanı saçlarını qırxdıran Onat hazırkı görünüşü sevənlərini üzüb.

