“Pəri bacası”nın uçması nəticəsində ölənlərin sayı artdı - Yenilənib
2026-10-30 10:09:54
Nevşəhərin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində bir “Pəri bacası” (qaya formasiyası) uçub.
Hurriyyet.net Türkiyə KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.
Hadisədən sonra əraziyə tibb və axtarış-xilasetmə qrupları göndərilib.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb və müalicələri davam etdirilir.
***
Son məlumatlara görə, hadisə yerindən daha bir nəfərin meyiti tapılıb.