Penitensiar xidmətə yeni rəis təyin edildi
2026-10-27 13:11:13
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib.
Hurriyyet.net məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib.
Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.