Paşinyanın çıxışındakı səhvə görə erməni məmur istefaya göndərildi - Video
Ermənistan Baş naziri Nikol Paşinyan Dövlət Protokol Xidmətinin rəhbəri Qaqik Vanoyanı istefaya göndərib.
Hurriyyet.net xəbər verir ki, Q.Vanoyanın istefaya göndərilməsi barədə qərar Ermənistan hökumətinin saytında yer alıb.
Vanoyanın vəzifəsindən azad edilməsinə səbəb bir neçə gün əvvəl İrəvanda Nikol Paşinyanın COP17 iqlim konfransı çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarovla birgə mətbuat konfransında yol verilən səhv olub.
Belə ki, qarşısında hazır olan mətni oxuyan Ermənistan Baş naziri Sadır Japarovu təqdim edərkən onu səhvən Qazaxıstan Prezidenti adlandırıb.
Ermənistanın “Joxovurd” qəzeti sözügedən istefanın hökumət dairələrində təəccüb və narazılıq doğurduğunu yazıb.
Qeyd edək ki, Q.Vanoyan 2022-ci ilin dekabrından sözügedən postu tutub.