Paşinyan növbədənkənar seçkiləri istisna etmir
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib.
Hurriyyet.net “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, yaxın zamanlarda Konstitusiya layihəsi dərc ediləcək və parlamentə göndəriləcək: “Biz müxalifətdən olan həmkarlarımızı bunun vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər alınmasa, digər ssenarilərə üz tuta, məsələn, növbədənkənar seçkilər keçirə bilərik. Kim deyib ki, bu cür ssenari istisna edilib”.
Paşinyan həmçinin qeyd edib ki, ölkə vətəndaşları qarşısında sülh sazişinin imzalanması və Konstitusiyanın dəyişdirilməsi ilə bağlı öhdəliyə sahibdir.