📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı

2026-10-22 15:59:34

Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab edir.

Hurriyyet.net  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirmişdi.