Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
2026-10-30 23:02:02
Atlantada keçirilən G20 Xarici İşlər Nazirlərinin toplantısında ənənəvi kollektiv foto çəkilməyib.
Hurriyyet.net Associated Press-ə istinadən xəbər verir ki, çəkiliş bəzi avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməməsi səbəbindən ləğv edilib.
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful da Rusiya ilə münasibətlərin normallaşmasının mümkün olmadığını bildirib.