“Onu paraşütlə Kubaya atacağıq”- Tramp Rubionu ələ saldı
2026-10-28 14:55:44
ABŞ Prezidenti Donald Tramp "problemi həll etmək üçün” Dövlət katibi Marko Rubionu Kubaya paraşütlə atmağı təklif edib.
Hurriyyet.net xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texasda Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı Kuba mövzusunda danışarkən deyib.
"Bəlkə İranla bağlı işlərimizi bitirdikdən sonra, geri qayıdarkən Markonu(Marko Rubionu nəzərdə tutur-red.) Kubaya paraşütlə atacağıq. Onu Kubanın tam ortasına atacağıq və o, iki dəqiqəyə problemi həll edəcək", - deyə o bildirib.
"Kuba bütün digərləri kimi bizim istiqamətimizdə irəliləyir, çünki ölkəmizə yenidən hörmət edilir", - deyə Tramp iddia edib. Ancaq bu zaman o, Kubanın hansı addımını nəzərdə tutduğunu dəqiqləşdirməyib.