📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oleşkidə atəşkəsdən sonra 2 nəfər həlak olub

2026-10-30 13:11:09

Oleşkidə atəşkəsdən sonra 2 nəfər həlak olub

Rusiya və Ukrayna arasında humanitar atəşkəs elan edildikdənsonra Xerson vilayətinin Oleşki şəhərində 2 nəfər həlak olub.

Hurriyyet.net  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova açıqlayıb.

O, həmin şəxslərin humanitar missiyanın keçidi üçün ərazinin minalardan təmizlənməsi zamanı mina partlaması nəticəsində həlak olduqlarını bildirib. 

Lantratova həmçinin hazırda bütün təhlükəsizlik tədbirlərinin təmin edildiyini vurğulayıb. 

Xatırladaq ki, Rusiya və Ukrayna oktyabrın 23-də Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.