📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Öldüyü elan olunan kişi meyitxanada dirildi

2026-11-02 20:27:51

Öldüyü elan olunan kişi meyitxanada dirildi

Rusiyanın Arxangelsk şəhərində həkimlərin öldü hesab etdiyi 65 yaşlı kişi morqda gözlənilmədən ayılıb.

Modern.az xəbər verir ki, kişi səhvən Voloseviç adına Birinci Şəhər Klinik Xəstəxanasının patoloji anatomiya şöbəsinə yerləşdirilib. Onun ürəyinin müvəqqəti dayanması səbəbindən ölü hesab edildiyi ehtimal olunur.

Hadisənin təfərrüatları ilə bağlı mənbələrin məlumatları fərqlənir. Mənbələrdən biri kişinin mənzilindən ölü halda götürülərək birbaşa morqa aparıldığını bildirir. Digər mənbənin sözlərinə görə isə o, xəstəxanadan morqa gətirilib.

Məlumata əsasən, gözlənilmədən ayılan 65 yaşlı kişi daha sonra reanimasiya şöbəsinə köçürülüb.