📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oktyabrın pensiya ödənişləri yekunlaşdı

2026-10-20 16:11:41

Oktyabrın pensiya ödənişləri yekunlaşdı

Oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.