📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Novatok" zəhərinin yaradıcısı öldü – Məşhurları bu maddə ilə öldürmüşdülər

2026-11-04 13:34:57

"Novatok" sinir-iflicedici döyüş zəhərciyi maddəsinin banilərindən biri, alim Vladimir Uqlev 80 yaşında dünyasını dəyişib.

Hurriyyet.net  bildirir ki, bu barədə çərşənbə axşamı “The Insider” nəşri məlumat yayıb. Məlumata görə, Uqlev oktyabrın 26-da vəfat edib. Alim ömrünün son illərini Anapada yaşayıb.

“The Insider” qeyd edir ki, Vladimir Uqlev Rusiya xüsusi xidmət orqanları tərəfindən "Novatok" zəhərinin istifadəsi ilə bağlı aparılan araşdırmalarda jurnalistlərə fəal şəkildə məsləhətlər verib.

Müstəqil təhqiqatların nəticələrinə görə, məhz bu maddə ilə 2020-ci ildə Aleksey Navalnı zəhərlənmişdi. Bundan əlavə, Uqlev və digər yaradıcı – ABŞ-də yaşayan Vil Mirzəyanov 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində sabiq sovet kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi hadisəsini də dəfələrlə KİV-də şərh etmişdilər.

Britaniya hakimiyyəti həmin cinayətin də SSRİ-də yaradılmış "Novatok" vasitəsilə törədildiyini bəyan etmiş, zəhərin yaradıcıları da bu rəsmi qənaəti dəstəkləmişdilər.