📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nihal Saad: “Forum rəsmi olaraq sabah başlayır”

2026-10-26 17:55:08

Nihal Saad: “Forum rəsmi olaraq sabah başlayır”

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi olaraq sabah başlayır”.

Hurriyyet.net  xəbər verir ki, bunu Milli İncəsənət Muzeyində keçirilən mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad deyib.

O bildirib ki, forum dünyanın müxtəlif nöqtələrini bir araya gətirən üç əsas komponenti əhatə edir.

“Bunlardan biri dinlərarası dialoq üzrə yol xəritəsidir. Forum çərçivəsində ekspertlərimiz dini tolerantlıq mövzusunda çıxışlar edəcəklər. Dini dialoqun qlobal problemlərin həllində mühüm rolunu diqqətə çatdıracağıq”, – deyə Nihal Saad qeyd edib.

Direktorun sözlərinə görə, foruma BMT-nin Sivilizasiyalar Alyansına üzv olan regionlardan 60-dan çox gənc dəvət olunub.