📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Netanyahu yeni hökumətin qurulmaması üçün müharibəyə başlayır - Ehud Barakdan sarsıdıcı İDDİA

2026-11-06 18:36:40

Netanyahu yeni hökumətin qurulmaması üçün müharibəyə başlayır - Ehud Barakdan sarsıdıcı İDDİA

Benyamin Netanyahu yeni hökumətin qurulmasının qarşısını almaq üçün İrana hücum edə bilər.

Hurriyyet.net  xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı ölkənin keçmiş baş naziri Ehud Baraka istinadən məlumat yayıb.

“Netanyahu başqa bir hökumətin formalaşmasının qarşısını almaq üçün İrana hücum edə bilər”, - deyə Barak bildirib.

O həmçinin iddia edib ki, Netanyahu “Mossad” vasitəsilə İranda təxribat xarakterli addım atmağı planlaşdırıb və bu plan İsrail ordusunun Baş Qərargah rəisinə məlumat verilmədən həyata keçirilib.