"Neftçi" "Şamaxı"nı məğlub etdi
2026-11-01 20:51:13
“Neftçi” Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Şamaxı”nı məğlub edib.
Bakıvaxtı.az xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:2 hesabı ilə üstələyib.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada qonaqların heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Meydan sahiblərinin qollarını isə Abdullah Şuaybu (24) və Ayman Bouali (64) vurublar.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Neftçi” Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderliyə yüksəlib.