Naxçıvanda yeniyetmə bıçaqlandı
2026-10-28 11:02:58
Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Hurriyyet.net əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma başlanıb.