📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda tikinti materialları istehsalı artıb

2026-10-28 20:19:14

Naxçıvanda tikinti materialları istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 26,5 milyon manatlıq tikinti materialları istehsal edilib.

Hurriyyet.net  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

9 ayda bölgədə 28 milyon 276,7 kubmetr tikinti kərpici, 90,1 min ton sement, 1 milyon 757,7 ton əhəng, 37 milyon 931,8 ton sementdən və betondan kərpiclər və oxşar məmulatlar, 828,2 min kvadratmetr tikintidə istifadə etmək üçün gipsdən tavalar və bloklar, 28 milyon 474 ton asfalt, 10 milyon 330,8 ton emal edilmiş mərmər, 431,8 ton gips məmulatları və 65,0 min ton beton istehsal olunub.