📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Narkotik qəbul edən marşrut sürücüsü həbs edildi - Foto

2026-10-30 13:37:34

Narkotik qəbul edən marşrut sürücüsü həbs edildi - Foto

Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Hurriyyet.net  xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.