📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO

2026-10-31 15:44:48

Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO

Rusiyada baş verən intensiv PUA hücumları səbəbindən bir sıra hava limanlarında onlarla uçuş təxirə salınıb, bəzi reyslər isə ümumiyyətlə ləğv edilib.

Hurriyyet.net  Oxu.az-a istinadla xəbər verir ki, ötən gecə və bu səhər Rusiyanın bir sıra hava limanlarında uçuşların ləğvi və gecikmələri müşahidə olunub.

Xüsusilə Moskva və Sankt-Peterburqdakı hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Pulkovoda - vəziyyət daha ciddi xarakter daşıyır və uçuş cədvəllərində ciddi ləngimələr yaranıb. Onlarla uçuş gecikdirilib, bəziləri tamamilə ləğv edilib, bir çox digər reyslərin isə gəliş vaxtları dəyişdirilib.

Ləngimələr daha çox İstanbul, Antalya, Dubay, Soçi və Mərkəzi Asiya istiqamətləri üzrə səyahət edən sərnişinlərin planlarına təsir göstərib.

Qeyd edək ki, ləngiyən reyslər siyahısında "Azərbaycan Hava Yolları"nın (AZAL) J2 182 saylı Bakı istiqamətli uçuşu da yer alır. Həmin təyyarənin havaya qalxma vaxtı da dəyişdirilib.

Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto