Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqlədi
2026-10-26 21:58:44
Misir parlamenti Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi və ölkənin müdafiəsi üçün tədbirlər görülməsi barədə müraciətini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Misirin “Masrawy” nəşri məlumat yayıb.
Bildirilib ki, husilərin hücumlarının artması fonunda qərar parlamentin qapalı iclasında qəbul olunub.
Əs-Sisi daha əvvəl Misirin mümkün hərbi iştirakının Səudiyyə Ərəbistanının ərazisi və sərhədlərinin müdafiəsi ilə məhdudlaşacağını açıqlayıb. O, Yəməndə hücum əməliyyatlarında iştirakın nəzərdə tutulmadığını vurğulayıb.