📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimizdən dünya çempionatında böyükhesablı qələbə

2026-10-24 22:36:00

Millimizdən dünya çempionatında böyükhesablı qələbə

Futbol üzrə Azərbaycan U-15 millisi Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Modern.az xəbər verir ki, yığmamız ilk oyununda Şərqi Timor millisi ilə qarşılaşıb. Azərbaycan komandası rəqibini 6:0 hesabı ilə məğlub edib.

Milli komandamız növbəti oyunlarını oktyabrın 25-də keçirəcək. Rəqiblər Andorra (saat 12:45) və Avstraliya (saat 19:30) milliləri olacaq.

Qeyd edək ki, bu gün start götürən dünya çempionatı oktyabrın 30-dək davam edəcək.