📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messisiz Argentina Uruqvaya məğlub oldu - Video

2026-11-14 17:31:08

Messisiz Argentina Uruqvaya məğlub oldu - Video

Argentina millisi yoldaşlıq oyununda Uruqvaya məğlub olub.

Hurriyyet.net  xəbər verir ki, noyabrın 14-nə keçən gecə Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Uruqvay millisinin heyətində Maksimiliano Arauxo fərqlənib. Argentinalı müdafiəçi Leonardo Balerdi isə avtoqol müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu Xulian Alvares vurub.

Qeyd edək ki, Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi DÇ-2026-dan sonra yığmadakı karyerasını başa vurub.

O, milli komandanın heyətində son oyununu oktyabrda Beninə qarşı keçirib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.