Messi öz butslarını Kenan Yıldıza göndərdi - Video
2026-11-14 15:39:46
Argentina millisinin ulduzu Lionel Messi İtaliyanın “Yuventus” klubunda çıxış edən türkiyəli futbolçu Kenan Yıldıza xüsusi hədiyyə göndərib.
Hurriyyet.net xəbər verir ki, Messi Argentina millisinin heyətində keçirdiyi son oyunda geyindiyi, özü üçün xüsusi hazırlanmış butslarını gənc futbolçuya hədiyyə edib.
Dünya çempionunun bu jesti Kenan Yıldızı sevindirib. Türkiyəli futbolçu hədiyyəyə münasibət bildirərkən “duyğusal insan olsaydım, indi ağlayardım” deyə bildirib.