📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mənim Qəhrəmanım” Milli Komiks Kitabı müsabiqəsinin qalibləri elan edildi - Fotolar

2026-11-03 20:24:29

“Mənim Qəhrəmanım” Milli Komiks Kitabı müsabiqəsinin qalibləri elan edildi - Fotolar

Zəfər Günü ərəfəsində Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.

Hurriyyet.net  xəbər verir ki, “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.

Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri - 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar.