📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbdə törədilən əməllərlə bağlı cinayət işi başlanıldı

2026-10-29 21:17:46

Məktəbdə törədilən əməllərlə bağlı cinayət işi başlanıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.