📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məkkə yaxınlığında PUA vurulduğunu açıqladı

2026-11-03 21:42:22

Məkkə yaxınlığında PUA vurulduğunu açıqladı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) vurub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.

“Hava hücumundan müdafiə qüvvələri Məkkə yaxınlığında bir PUA-nı ələ keçirib”, - o yazıb.

Digər tərəfdən, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının sözçüsü Yəhya Səri “X” platformasında bildirib ki, husilər Səudiyyə Ərəbistanı ərazisinə heç bir zərbə endirməyiblər. O, koalisiyanın bu iddiasını rədd edib.