"Mavi Balina-2026" təlimi davam edir
2026-11-12 18:29:19
Türkiyənin ev sahibliyi etdiyi "Mavi Balina-2026" təlimi Şərqi Aralıq dənizində keçirilir.
Hurriyyet.net "Milliyet"ə istinadən xəbər verir ki, təlim 9-20 noyabr tarixlərində təşkil olunur.
Sualtı Donanma komandanı Əhməd İşçi bildirib ki, təlimin məqsədi sualtı qayıq əleyhinə müharibə bacarıqlarını artırmaq və müttəfiqlər arasında əməkdaşlığı gücləndirməkdir.
Təlimə Türkiyədən 8 sualtı qayıq, 11 gəmi, 5 helikopter, 3 patrul təyyarəsi və PUA-lar cəlb olunub. Xarici iştirakçılar arasında İspaniya, Yunanıstan, ABŞ və Pakistan var. Təlimdə 12 ölkə və NATO qüvvələri iştirak edir.
Təlimə ümumilikdə 4500-dən çox hərbçi qatılıb.