📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Masazırda 4-cü mərtəbədən yıxılan gənc xilas edildi - Video

2026-10-31 12:59:39

Masazırda 4-cü mərtəbədən yıxılan gənc xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hurriyyet.net  xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2001-ci il təvəllüdlü vətəndaşın yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə köməksiz vəziyyətdə qalmış vətəndaşı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.