📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırdı

2026-11-12 15:51:49

“Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırdı

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maykl Kerriklə yollarını ayırıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Maykl Kerrik bu ilin yanvarında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. “Qırmızı şeytanlar” Premyer Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıblar.