📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Magistralda ağır qəza - Ölənlər var-Yenilənib

2026-11-01 12:26:25

Magistralda ağır qəza - Ölənlər var-Yenilənib

Salyan rayonunda ağır yol qəzası baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə bu səhər Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı ölənlərin kimliyi məlum olub. Onlar Sabirabadın Muğan Gəncəli kənd sakinləri -1970-ci il təvəllüdlü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayevdir.