📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lyayendən Qara dənizdə gəminin vurulması barədə paylaşım

2026-10-23 16:21:30

Lyayendən Qara dənizdə gəminin vurulması barədə paylaşım

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisinin dron hücumuna məruz qalması ilə bağlı narahatlığını ifadə edib.

Hurriyyet.net  xəbər verir ki, AK rəhbəri bu barədə “X” hesabında paylaşım edib. 

Onun sözlərinə görə, Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatlıq keçirir. 

O bu hücumların beynəlxalq hüquqa açıq şəkildə zidd olduğunu bildirib.