📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

2026-10-29 22:28:11

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

İngiltərənin “Liverpul” klubu Türkiyənin “Qalatasaray” komandasında çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovla maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, Mersisayd təmsilçisinin skautları UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Ştutqart”la keçiriləcək matçda 21 yaşlı futbolçunun çıxışını stadiondan canlı izləyəcəklər.

Batrakovla İngiltərənin “Arsenal”, “Tottenhem”, “Brayton”, “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti”, həmçinin Fransanın PSJ və “Monako” klubları da maraqlanır.

Qeyd edək ki, rusiyalı futbolçu “Qalatasaray”a yay transfer pəncərəsində Moskvanın “Lokomotiv” klubundan keçib.