Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi - Yenilənib
Lənkəran rayonunda kütləvi zəhərlənmə olub.
Hurriyyet.net əldə etdiyi məlumata görə, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır.
İlkin məlumata görə, zəhərlənən şəxslərin hamısı Osaküçə kənd sakinləridir. Onların qidadan zəhərlənmələri ehtimal edilir.
Əlavə məlumat veriləcək.
***
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bidirilib ki, Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib:
“Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir”.
AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir.