📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov İrana qəfil BUNA görə gedib

2026-10-19 19:39:42

Lavrov İrana qəfil BUNA görə gedib

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edib. APA-nın xəbərinə görə, Lavrov İran rəsmiləri ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün Tehrana gedib. Səfər çərçivəsində onun Prezident Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.

Sergey Lavrovun indiki durumda İranla hansı mövzularda məsləhətləşmələr aparması zərurəti meydana gələr bilərdi? Moskvanın əsas hədəfi hazırda nədir? Qəfil Tehran səfərinin arxasında nə dayanır?

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb” |  Modern.az

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Lavrovun səfəri adi diplomatik məsləhətləşmələrdən daha geniş məna daşıyır: “ABŞ-la İran arasında Hörmüz boğazı, dəniz blokadası, neft ixracı və nüvə proqramı ətrafında ziddiyyətlərin davam etdiyi, regionda hərbi qarşıdurmanın yenidən alovlanması riskinin qaldığı bir vaxtda Moskva Tehranla mövqelərini uzlaşdırmağa çalışır.

Öncədən Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Lavrov İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçi ilə görüşməli, ikitərəfli razılaşmaların icrasını, iqtisadi və enerji əməkdaşlığını, nəqliyyat layihələrini, eləcə də Fars körfəzindəki vəziyyəti müzakirə etməlidir. BMT, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir. Lavrovun Tehran səfərinin əsas siyasi mənası Rusiyanın İran böhranı ətrafında baş verən proseslərdən kənarda qalmaq istəməməsidir.

Moskva, ehtimal ki, eyni vaxtda bir neçə məqsədi nəzərə alır: İranla strateji tərəfdaşlığı qorumaq, ABŞ-İran danışıqlarında diplomatik rol oynamaq imkanlarını saxlamaq, Enerji, nəqliyyat və ticarət layihələrini davam etdirmək, BMT və digər beynəlxalq platformalarda regional böhrana dair mövqelərini uzlaşdırmaq. Tehranla məsləhətləşmələrdə həm siyasi dəstək, həm diplomatik manevr, həm də münaqişənin idarə olunması məsələlərinin ön planda olması mümkündür”.