📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: “ABŞ hərbçilərini regionda görmək istəmirik”

2021-08-25 16:26:00

Lavrov: “ABŞ hərbçilərini regionda görmək istəmirik”

 

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moskvanın ABŞ ordusunu Orta Asiyada görmək istəmədiyini söyləyib.

Lavrov bu açıqlamanı Macarısatanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyyarto ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında verib.

ABŞ ordusunun Orta Asiyadakı hərbi varlığı barəsində Rusiyanın mövqeyini bildirən Lavrov deyib: “Birincisi, Rusiyanın bu ölkələr qarşısında bir öhdəliyi var və bu öhdəlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkələrinin hər hansı birində xarici qüvvələrin yerləşməsi üçün bütün müttəfqilərin razılığının alınmasını nəzərdə tutur”.

“İkincisi, Əgqanıstanı hədəfdə saxladığını və lazım gələrsə, bombalayacağını konkret olaraq elan edən ABŞ hərbçilərini öz ölkəsinin ərazisində yerləşdirmək özünü dərhal hədəfə çevirmək deməkdir. Hər hansı bir ölkənin bununla razılaşa biləcəyinə şübhə edirəm”.