📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kruiz gəmisində sərnişinlərdən yanacaq pulu tələb olunur - Səbəb bu imiş

2026-10-30 10:12:31

Kruiz gəmisində sərnişinlərdən yanacaq pulu tələb olunur - Səbəb bu imiş

Kruiz gəmisinin sərnişinlərindən yanacaq və digər xərclər üçün dəfələrlə əlavə pul tələb olunur.

Hurriyyet.net  “Gazeta.ru”ya istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, onlardan hər iki-dörd həftədən bir müxtəlif xərclər, o cümlədən yanacaq üçün əlavə ödəniş etmələri istənilib.

Eyni zamanda, gəminin ekipaj üzvlərinə maaş verilməsi də dayandırılıb.

Gəminin sərnişini Linn Montoya yaranmış problemlərin əsas səbəbinin yanacağın bahalaşması deyil, kruiz şirkətinin rəhbərliyinin layihəni borc bataqlığına sürükləməsi olduğunu bildirib.

Qeyd edək ki, 2024-cü ilin oktyabrından üçillik dünya səyahətinə çıxan kruiz gəmisi hazırda Kambocanın Sianukvil limanında dayanıb.